Ölkə

Naxçıvanda buraxılış imtahanlarının vaxtı açıqlandı – RƏSMİ

Naxçıvanda buraxılış imtahanlarının vaxtı açıqlandı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir həftədən sonra Naxçıvanda buraxılış imtahanları keçiriləcək”.

DiasporPress.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bunun üçün DİM-in şəxsi heyəti oraya getməlidir:

“Bunun üçün təyyarə sifariş verilib”.

“Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirmək nəzərdə tutulub. Bilirsiniz ki, vəziyyət hər gün dəyişir, ola bilsin, hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edən vaxt operativ qərargahdan icazə alırıq”, – DİM sədri vurğulayıb.

 

DiasporPress.az