NATO ölkələri liderləri alyansın tarixində ilk dəfə Çinin dünyadakı mövqelərinin, həmçinin, müdafiə imkanlarının güclənməsi məsələsinə toxunacaqlar.
RT xəbər verir ki, bu fikir NATO Baş katibi Yens Stoltenberqin bəyanatında yer alıb.
“Biz Çinin, o cümlədə, onun müdafiə qabiliyyəti sahəsinə investisiyalarının necə böyüdüyünü gördük. İndi Çin dünyada ABŞ-dan sonra ikinci ən böyük hərbi büdcəyə sahibdir”, – Stoltenberq bildirib.
Xatırladaq ki, 3-4 dekabr tarixlərində Londonda NATO sammiti keçirilir.
DiasporPress.az