NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərində həyata keçirdiyi uçuşların intensivliyi artıb.
DiasporPress.az xəbər verir ki, bunu Baltik Donanmasının komandiri, admiral Aleksandr Nosatov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın dəniz və quru sərhədləri boyunca müxtəlif siniflərə aid kəşfiyyat təyyarələrinin uçuşları çoxalıb.
Belə ki, onun sözlərinə görə, ötən il bu rəqəm 578 idisə, 2019-cu ildə 800-ə yüksəlib.
A.Nosatov qeyd edib ki, döyüş təyyarələrinin fəallığı isə iki dəfə artıb.
“Bu cür fəaliyyət Baltik Donanmasının dəniz pilotlarını gündə bir neçə dəfə uçmağa məcbur edir”, – deyən admiral əlavə edib ki, 2019-cu ildə NATO Rusiya sərhədləri yaxınlığında 300-ə yaxın hərbi təlim keçiriblər.
A.Nosatov onu da bildirib ki, NATO-nun istənilən hərbi fəaliyyəti Baltik Donanması tərəfindən izləniləcək.
DiasporPress.az