Dünya

NATO-dan rəsmi Moskvaya sərt mesaj – VİDEO

NATO-dan rəsmi Moskvaya sərt mesaj – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Hər şey Moskvanın mövqeyindən asılıdır”.

Bu sözləri NATO-nun baş katibi Yens Soltenberg “El-Mundo” nəşrinə müsahibəsində deyib.

“İnanıram ki, biz Rusiyaya aydın mesaj göndərməliyik. Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, buna şad olarıq. NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur. Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoq vacibdir. Çünki əlaqələr və münasibətlər davam etdirilməlidir. Silahlanma yarışından qaçmaq üçün silahlara nəzarəti düşünün. Onlar bizim qonşumuzdur, maraqları var. Xüsusən sərhədlərdə toqquşmalardan qaçmaq lazımdır”, – deyə baş katib bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Diasporpress.az