ABŞ-ın Aeronavtika və kosmik kəşfiyyat üzrə Milli İdarəsi Aya uçuşlar üçün raketin yaradılmasını, demək olar ki, sona çatdırıb.
Bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn məlumat verir.
“NASA “Apollon” gəmisi üçün “Saturn V” daşıyıcısını qurduqdan sonra, dörd ədəd RS-25 mühərriki quraşdırılmış SLS raketinin hündürlüyü 212 fut (65 metr) olan birinci pilləsi ən böyükdür”, – deyə Braydenstayn bildirib.
Beləliklə, 2024-cü ildə “Orion” gəmisinin Aya buraxılması planlaşdırılır.
RS-25 raket mühərrikləri xüsusi olaraq ABŞ-ın super ağır SLS raketləri üçün hazırlanıb. Oxşar qurğular “Space Shuttle” kosmik gəmisində artıq istifadə edilib.
DiasporPress.az