Diasporpress.az xəbər verir ki, Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD – Müstakil Sanayici ve İşadamları Derneği) nin idarə heyyəti və üzüvləri arasında yaranan böyük narazılıq təşkilatın parçalanması ilə nəticələnib. Əldə etdiyimiz məlumata görə aralarında idarə heyyətinin üzvlərinin də olduğu 13 MÜSİAD üzvu idarə heyyətinin sədri Abdurrahman Uzunun qanunsuz əməllərinə etiraz edərək istefa ediblər. İstefa edənlər arasında Azərbaycanda uzun illər fəaliyyət göstərən Azərbaycan iktisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında xidmətləri olmuş tanınmış şirkət rəhbərləri də var.
Qeyd edək ki, “MÜSİAD Azərbaycan” yaranan gündən fəaliyyəti daima tənqid olunan təşkilatlar arasındadır. MÜSİAD-ın iki ən aktiv üzvü eyni zamanda idarə heyyətinin sədri Abdurrahman Uzununun adamları kimi tanınan Koronavirus xəstələrinin müalicəsi həyata keçirilən Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin ZIĞ Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin və iş adamı Mehman Ağayev qanunsuz əməllərinə görə həbs olunub. Təşkilatın digər fəal üzvü Alim Şentürkə isə cinayət işi açılaraq ölkədın çıxışına qadağa qoyulub.
Onu da qeyd edək ki, MÜSİAD artıq Türkiyədə də öz nifuzunu itirib və ləvğ olunma ərəfəsindədir. Təşkilat sədrinə yaxın bir neçə üzvünün həbs olunması eyni zamanda təşkilatda baş verən özbaşnalıq 13 üzvün istefası ilə nəticələnib. Məlumata görə yaxın günlərdə onlarla MÜSİAD üzvü də istefa edəcəyi gözlənilir.
Eyni zamanda istefa edən üzüvlərin idarə heyəttinin sədri Abdurrahman Uzununun qanunsuz əməlləri ilə bağlı hər iki qardaş dövlətin liderlərinə müraciət edəcəyləri əldə etdiyimiz məlumatlar arasındadır.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.
Diasporpress.az