Diaspor

Münhendəki Azərbaycan Evində şəhidlərimiz yad edilib

Münhendəki Azərbaycan Evində şəhidlərimiz yad edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaiyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Evinin rəhbəri Səttar Kərimov bildirib ki, anım mərasimində  Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.

 

Tədbir zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların Vətənimizə böyük xidmətlərinin və fədakarlıqlarının heç bir zaman unudulmayacağı bildirilib.