Ölkə

Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər  

Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər  backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Hər bir ölkənin inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu və gücünü müəyyən edən başlıca amillərdən biri məhz milli lider fenomenidir. Azərbaycanın təxminən 50 illik dövrü böyük dövlət xadimi, mükəmməl strateq, fenomen şəxsiyyət ulu öndər Heydər Əliyevlə bağlıdır. Bəşər tarixinin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən ulu öndər Heydər Əliyev sözün əsl mənasında böyük şəxsiyyətdir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi daim böyük ehtiramla anılır.  Bəli , Heydər Əliyev bənzərsiz, müqayisə olunmaz tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyətlər, dövlət xadimləri tarix yaradır. Xalqımızın tarixi yaddaşında  Ulu Öndər elə bir tarix yaratdı ki,əsrlər keçsə belə , inanmıram , unudulsun.Çünki Azərbaycanın son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin iştirakı ilə yaradılıb və yazılıb. Onun 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbəri seçilməsindən vəfat etdiyi günədək göstərdiyi titanik fəaliyyət Vətənimizin inkişafına, onun çiçəklənməsinə, dünya dövlətləri cərgəsində öz layiqli yerini tutmasına xidmət etmişdir. Həmin illər ərzində Heydər Əliyev Azərbaycanda birinci şəxs olub və dünya siyasətində ən məşhur şəxslərdən birinə çevrilib. Çox az dövlət xadimi, siyasətçi tapılar ki, bu qədər böyük müddətdə öz xalqına, millətinə böyük məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bilsin. Heydər Əliyevi təkcə Azərbaycan xalqı, milləti yox, bütün türk millətləri və xalqları, müsəlman dünyası sevir və onunla fəxr edir. Təkcə türk və müsəlman dünyasımı? Xeyr . Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə bütün SSRİ xalqları onun şəxsində öz gələcək dövlət başçısını və liderini görürdü. Amerika Birləşmiş Ştatlarında onu Corc Vaşinqtonla, Yaponiyada bu ölkənin qurucuları, məşhur dövlət başçıları ilə, Almaniyada Konrad Adenauerlə, Fransada Şarl De Qolla, Böyük Britaniyada Uinston Çörçillə müqayisə edirdilər. Kiminlə, hansı tarixi şəxsiyyətlə müqayisə olunmasından asılı olmayaraq, Heydər Əliyev bənzərsiz, müqayisə olunmaz tarixi şəxsiyyətdir. Bəs onun bənzərsizliyi nədə idi?         Heydər Əliyev konkret olaraq bir siyasi sistemə, ideologiyaya sığmayan liderdir. O, hər bir ideologiyanı öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı. Özü ideologiyanın əsirinə çevrilmirdi. Ona görə ki, Heydər Əliyev bir siyasi lider və tarixi şəxsiyyət kimi öz ideologiyasını düşünən və yaradan, həmin ideologiya ilə milyonları öz ardınca apara bilən dühalardandır.

Vətənini və millətini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən Ulu Öndərin həyat fəlsəfəsi onun bu sözlərində çox gözəl ifadə edilmişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Heydər Əliyevin yadigarı və şah əsəri olan müasir Azərbaycan 1993-cü ildən başlayaraq ona görə belə böyük sürətlə inkişaf etmişdir ki, bu ölkəyə onun kimi təcrübəli siyasətçi və dövlət xadimi rəhbərlik etmişdir. O, ilk növbədə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün olduqca zəruri olan sabitlik və əmin-amanlığı bərpa etmiş, böyük islahatların və quruculuq işlərinin başlanmasına zəmin yaratmışdır. Ulu öndər çox gözəl bilirdi ki, ölkədə sabitlik bərpa edilməsə heç bir dövlət quruculuğundan, heç bir  islahatdan, heç bir inkişafdan və tərəqqidən danışmaq olmaz. O, deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Bizim xalq və tarix qarşısında böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə, heç bir dövlət gəlib bizim xalqımızın milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin”. Ümummilli liderimiz çox gözəl bilirdi ki, Azərbaycanın ümumdünya ailəsində layiqli yerini tutması üçün ilk növbədə müasir dünyanın tələblərinə uyğun olan demokratik dövlət qurmaq lazımdır. Bunun üçün müstəqil dövlətin əsas qanunu – yeni Konstitusiyası qəbul edilməlidir. O bunu  da etdi. 1995-ci ildə Azərbaycan Respublikasının yeni  Konstitusiyası xalq tərəfindən yekdilliklə qəbul edildi.

Heydər Əliyev ölkənin müstəqilliyini qorumağın, onu əbədiləşdirməyin ilk növbədə ölkə iqtisadiyyatını dirçəltməkdən asılı olduğunu çox gözəl bilirdi. Onun ölkəmizin iqtisadi həyatının hər bir sahəsində apardığı islahatlar inanınılmaz töhfəsini verdi . Məhz Heydər Əliyevin başladığı və ondan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə daha sürətlə davam etdirilən islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatında sabit inkişaf edən bir ölkə kimi öz yerini tutmuşdur.Bu gün böyük fəxrlə deyə bilərik ki,  Azərbaycanın böyük potensialı var və bu potensial onun bundan sonra daha sürətlə inkişaf edəcəyinə böyük inam yaradır. Bunun üçün biz fövqəlbəşər insan  Ulu Öndərimizə və onun davamçısı – varısi Ali Baş Komandanımıza borcluyuq.

Ruhun şad olsun , Böyük İnsan ! Bu gün Azərbaycan iri addımlarla irəliləyir!

 

Səbail rayonu M.Rahim adına 7№-li tam orta məktəbin direktoru  Könül Təhməzova