Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.
DiasporPress.az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
MSK sədrinin müavini Rövsət Qasımov deyib ki, təşkilat 118 dairə üzrə 1080 dairədə “exit-poll” keçirəcək.
Onun sözlərinə görə, təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib və 1080 müsahibəçi prosesə cəlb olunub.
MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.