Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.
DiasporPress.az-ın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova qurumun iclasında bildirib.
Onun sözlərinə görə, müraciət araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Tahir Mirkişilidir.
DiasporPress.az