DiasporPress.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
Belə ki, adıçəkilən dairədən qeydə alınan namizədlər Razim Əmiraslanlı və Hikmət Şirinov seçki günü pozuntulara yol verildiyini iddia edərək, MSK-dan 49 seçki məntəqəsindən 29-da nəticələrin ləğvini tələb ediblər.
İclasda müraciətlərə münasibət bildirən MSK-nın ekspert qrupu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvini qərara alıb.
Qeyd edək ki, bu seçki dairəsində Çingiz Qənizadə qalib elan edilmişdi.
DiasporPress.az