“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 4 765 nəfər namizədliyini irəli sürüb”.
DiasporPress.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M.Pənahov qeyd edib ki, bunların 65 faizi kişi, 35 faizi isə qadındır: “Bunların 80 faizi ali təhsillidir. Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlərə lazımi şərait yaradılıb”.
DiasporPress.az