Mövlud Işık Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) Azərbaycan təmsilçisi təyin olunub.
DiasporPress.az xəbər verir ki, bu barədə qərar DATÜB-ün 4-cü Ümumi Yığıncağında qəbul edilib.
Bundan başqa, DATÜB-ün idarə heyəti yenidən formalaşdırılıb. Birliyin sədri Ziyatdin Kassanovun təklifi ilə idarə heyətində gənc nəslə yer verilib. Belə ki, Mövlud Işık həm də idarə heyətinə üzv seçilib.