Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onlayn şəkildə Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağına qatılıb. Çavuşoğlu Ziyatdin kassanovu DATÜB sədri seçilməyi münasibətliə təbrik edib, Türkiyənin axısxalı türklərin vətəni olduğunu vurğulayıb.
“1944-cü ildə Axısxa türklərinin vətənlərindən didərgin salınaraq sürgün edilmələri 20-ci əsrin ən böyük acılarından biridir. Köçdükləri yerlərdə qarşıdurmalardan təsirlənən axısxalı qardaşlarımız bəzən təkrar yer dəyişdirmək məcburiyyətində qaldılar. Gürcüstandan Ukraynaya, Mərkəzi Asiyadan ABŞ-dək fərqli bölgələrdə təqribən 600 minə axısxalı soydaşımız var. Amma Türkiyə hər birinin vətənidir və hər zaman axısxalı türklərin yanındadır. Türkiyədə yaşayan 100 min nəfərə vətəndaşlıq və uzun müddətli yaşamaq icazəsi verilib. Məşğulluq da daxil olmaqla onların bütün ehtiyaclarının qarşılanması üçün dövlət qurumları ilə çalışırıq. Çünki prezidentimizin bununla bağlı təlimatı son dərəcə aydındır”, – deyə nazir qeyd edib.