“Rusiyanın Daxili İşlər Nazirliyi MDB üzvü olan ölkələrin Rusiyada qanunsuz yaşayan vətəndaşlarına iyunun 15-nə kimi vaxt qoyub ki, sənədləri qaydasına salsınlar. Bunun üçün bir çox ölkələrə gediş-gəliş məsələsi həll olunub. Məsələn, Azərbaycana gündə iki dəfə uçuş həyata keçirilir”.
Bu sözləri Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, dövlətin güc sturukturları pendemiya başlayandan miqrantları idarə edə bilmir:
“Rusiyada ən azı 30 milyon miqrant yaşayır və onlara nəzarət etmək çətinləşir. Ona görə də sənədi qanunsuz onların hamısı qanun çərçivəsində ölkələrinə qaytarılacaq. Rusiyada yaşayan vətəndaşlarımız isə bizə konsultasiya üçün müraciət edə bilərlər. Pasportların müddətinin bitməsi, sənədlərin registrasiya edilməsi və s. konsulluq bunlarla məşğuldur.”
Diasporpress.az