Ölkə

Moskvada yaşayan Azərbaycanlı iş adamı Zabitimizin banka olan borcunu bağladı

Moskvada yaşayan Azərbaycanlı iş adamı Zabitimizin banka olan borcunu bağladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Diasporpress.az xəbər verir ki,44 gün davam edən 2-ci Qarabağ döyüşlərində düşmənə qarşı göstərdiyi qəhramanlıqla ad çıxardan,sosial şəbəkələrdəki videoları ilə məşhurlaşan XTQ-in 31 yaşlı zabiti Əli Kərimovun banka olan kredit borcunu,Rusiya paytaxtı Moskvada yaşayan gənc iş adamı Xəzər Qarayev tam ödəməyi üzərinə götürüb və mövcud borcu və onun faizini ödəyərək təqdirəlayiq addım atıb.
Qeyd edək ki,Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur,o hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudur.Onu da vurğulayaq ki,gənc həmvətənlimiz dünyanı cənginə alan COVİD19 pandemiyası dövründə də davamlı olaraq Rusiyadakı və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. Xəzər Qarayev həm Silahlı Qüvvələr Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı,eyni zamanda fərdi olaraq cəbhədə döyüşən zabit və əsgərlırimizin ailələrinə də maddi dəstək durmaqdadır.
Xəzər Qarayev bildirib ki,Əli Kərimovun döyüşlərdə deşmən zabitini və onlarla düşmən əsgərini öldürməsi,özü yaralı olduğu halda yaralı əsgər yoldaşını 17 km məsafəyə çiynində daşıyaraq onun yaşamasına nail olması onu qürurlandırıb.
Qəhraman zabitimiz skayp vasitəsi ilə Xəzər Qarayevlə danışan zaman ona bu diqaətinə görə təşəkkür etsə də, Xəzər Qarayev təşəkkürə ehtiyac olmadığını,Əli kimi qəhraman əsgərlərimizin Vətən uğrundan canlarını ortaya qoyaraq düşməni diz çökdürmələri qarşılığında onlara daha çox diqqətə layiq olduğunu bildirib.

Redaksiya olaraq Xəzər Qarayevə bu nəcib addımına görə biz də təşəkkür edirik.

Diasporpress.az