Diaspor

Moskvada “Nizami” filmi nümayiş olunacaq

Moskvada “Nizami” filmi nümayiş olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 17-də Müslüm Maqomayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan pavilyonu”nda “Nizami” filminin nümayişi keçiriləcək.

Tədbir Azərbaycan pavilyonunun rəhbərləri tərəfindən təşkil olunub.

Qeyd edək ki, filmdə baş rolda estrada və opera müğənnisi, aktyor, bəstəkar, Azərbaycan SSR-in Əməkdar artisti və Sovet İttifaqının Xalq artisti M.Maqomayev oynayıb.