Moskvada 64 ilin rekordu yeniləndi

Moskvada 64 ilin rekordu yeniləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskva şəhərində ötən gün son 64 ilin ən isti havası müşahidə edilib.

“İnterfaks” bu barədə Rusiyanın Hidrometroloji mərkəzinə istinadla məlumat yayıb.

Günün ilk yarısında şəhərdə havanın tempraturu 29,6 dərəcəyə qədər yüksəlib. Bununla da, 1956-cı ilin rekordu yenilənib. O zaman havanın istiliyi 29,4 dərəcəyə çatıb.

Moskvada belə qeyri-adi isti hava şəraitinin həftə sonuna qədər davam edəcəyi gözlənilir.

 

İnterpress.az