Ölkə

Monreal və Rotterdamda Anım Günü qeyd edilib

Monreal və Rotterdamda Anım Günü qeyd edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

 

“Angrignon” parkında baş tutan mərasim zamanı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət bayrağı dalğalandırılıb.

 

Monrealda yaşayan soydaşlarımızın iştirak etdiyi tədbirdə Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev, diaspor üzvləri Aylin Abbasi və Əli Şərəfli çıxış ediblər. Çıxışlar zamanı xalqımızın və dünya azərbaycanlılarının Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduğu, şəhadətləri ilə tarix yazan şəhidlərimizin, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqlarının heç vaxt unudulmayacağı vurğulanıb.

XXX

 

Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki qərargahında 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan tədbirdə BAK üzvləri, türk və uyğur icmalarının nümayəndələri iştirak ediblər.