Diaspor

Moldova mətbuatında Heydər Əliyevə həsr olunmuş məqalə dərc olundu – FOTO

Moldova mətbuatında Heydər Əliyevə həsr olunmuş məqalə dərc olundu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın aparıcı və böyük oxucu auditoriyasına malik olan KİV-də Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Ulu Öndər Heydər Əliyev barədə yazdığı və “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdiyi məqaləsi rus və rumın dillərində dərc olunub.

Səfir yazıda qeyd edir ki, Ulu Öndər artıq 17 ildir ki, aramızda yoxdur, yalnız onun fikirləri, qazandığı uğurlar və onun əsas əsəri olan müstəqil, uğurlu Azərbaycan əbədi yaşayır və yaşayacaq.

Yazıda həmçinin bildirilir ki, azərbaycanlıların yaşadığı dünyanın bütün ölkələrində soydaşlarımız tərəfindən Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və hörmətlə anılır, tədbirlər keçirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin Moldovada da yad edildiyi bildirilir.

Qeyd olunur ki, o Moldovada müxtəlif iqtisadi layihələri təbliğ edib, hər zaman xalqlarımızın çox oxşar çalışqan, qonaqpərvər, səxavətli olduğunu qeyd edib. Həmçinin yazıda diplomat Səfirliyin ərazisində tezliklə Heydər Əliyevin büstünün qoyulacağını, Moldovada yaşayan soydaşlarımızın ümummilli liderin xatirəsini ehtiramla yad etmək üçün gül dəstələri qoya biləcəyi meydanın tikildiyini qeyd edir. O, artıq yazda bu işlərin başa çatacağını vurğulayır.

Bundan əlavə, məqalədə Heydər Əliyevin ölkəmizin çətin bir dövründə xalqın tələbi ilə hakimiyyətə qayıtması, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlardan, ölkəmizdə sabitliyin təmin edilməsi və iqtisadi inkişaf dövrünə qədəm qoymasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs olunur.

Eyni zamanda, diplomat qeyd edirki, bu il Heydər Əliyevin ən böyük arzusu gerçəkləşdi – Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalına son qoydu, torpaqlarını geri qaytardı, ölkəmizin şanlı bayrağı isə Şuşada, Qarabağda dalğalanır!

Bundan əlavə, məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Qeyd olunur ki, Heydər Əliyevin həyatı xalqına, ölkəsinə fədakar xidmətin parlaq nümunəsidir.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam,” – Heydər Əliyev demişdi. Yazıda vurğulanır ki, bu sözlər hər bir azərbaycanlı üçün vətəninə məhəbbət, vətənpərvərlik şüarına və rəmzinə çevrilib.

Moldova KİV-də dərc olunan yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://noi.md/md/in-lume/in-azerbaidjan-au-loc-evenimente-comemorative

https://www.ipn.md/ru/17-let-so-dnya-smerti-obshchenatsionalnogo-lidera-azerbaydzhanskogo-naroda-7542_1078360.html

http://deschide.md/ro/stiri/externe/76960/17-ani-de-la-moartea–liderului-na%C8%9Bional-al-poporului-azer-Heydar-Aliyev.htm

 

Diasporpress.az