Misirdə keçmiş xüsusi təyinatlı qüvvələrin zabiti Hişam əl-Əşməvi və daha 36 nəfər məhkəmə tərəfindən terrorçuluqda təqsirli bilinərək edam cəzasına məhkum edilib.
DiasporPress.az “Reuters”ə istinadən xəbər verir ki, 2018-ci ilin sonunda Liviyanın Dərna şəhərində tutulan Hişam əl-Əşməvi Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar tərəfindən Misirə təhvil verilib.
Məhkəmə onu bir neçə epizodla bağlı, o cümlədən 2013-cü ildə müdafiə nazirinə sui-qəsd, 2014-cü ildə Liviya sərhədi yaxınlığında 22 hərbçinin öldürülməsində təqsirkar bilib. Digər 36 müttəhim də terrorçuluq fəaliyyətində ittiham edilib.
DiasporPress.az