Misirin Dakahliya əyalətində qazıntılar aparan arexeoloji qrup 83 qədim məzar aşkar edib.
“RİA Novosti” xəbər verir ki, ölkənin Əntiq dövrü üzrə Ali Şuranın rəhbəri Mustafa əl-Vaziri Umm əl-Xəlcan bölgəsində tapılan məzarların eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına təsadüf etdiyini bildirib.
Mütəxəssis həmçinin bu məzarların oval quyu formasında düzəldildiyini vurğulayıb.
Məzarlarda gil tabutlar və müxtəlif qab-qacaq olub.
Onun sözlərinə əsasən, o dövrə aid gil tabut ilk dəfədir ki Dakahliyada tapılır.
Əl-Vaziri bu bölgədə daha çox analoji məzarların tapılacağından əmindir.
DiasporPress.az