Qahirənin Obor dairəsində yerləşən özəl xəstəxanada baş verən yanğın nəticəsində 7 nəfər koronavirus xəstəsi ölüb, 5 nəfər xəsarət alıb.
Polisin verdiyi məlumata görə, xəsarət alanlar və başqa xəstələr yaxınlıqdakı xəstəxanalara köçürülüb. Hadisə yerinə gələn yanğın xidməti əməkdaşları alovu söndürüblər.
Bəzi ehtimallara görə, yanğın qısa qapanma nəticəsində başlayıb.
Hadisəyə dair araşdırma aparılır.
Diasporpress.az