Diaspor

Minskdə qalan Azərbaycan vətəndaşlarına yardımın müddəti uzadıldı

Belarusdan vətənə qayıda bilməyən 22 Azərbaycan vətəndaşı aprelin 6-dan bu günə qədər Diasporla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə  otellərə yerləşdirilərək onların gündəlik ehtiyacları tam təmin edilib.

Minskdə qalan Azərbaycan vətəndaşlarına yardımın müddəti uzadıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusdan vətənə qayıda bilməyən 22 Azərbaycan vətəndaşı aprelin 6-dan bu günə qədər Diasporla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə  otellərə yerləşdirilərək onların gündəlik ehtiyacları tam təmin edilib.

DiasporPress.az xəbər verir ki, hazırda Minsk  şəhərində olan soydaşlarımız oteldə qalma müddətinin  başa çatması ilə əlaqədar ikinci dəfə Komitəyə müraciət ediblər. Dövlət Komitəsi onların oteldə qalma müddətinin uzadılmasına kömək edib və aprelin 30-a qədər bütün xərcləri ödəməyi öz üzərinə götürüb.

Qeyd edək ki, həmin 22 nəfərin əksəriyyəti Azərbaycana qayıtmaq məqsədilə müxtəlif ölkələrdən Minskə gedən soydaşlarımızdır.

 

DiasporPress.az