Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” nın iştirakçıları maraqlı flaşmob keçiriblər.
Belə ki, öncə iştirakçılar Kür sahili boyunca QHT sözünü yazıblar və o cümlədən, iştirakçılar flaşmob zamanı təlim proqramının adı üzərində nümayiş edilən təbii materiallardan hazırlanan çantaları əllərində tutaraq, “polietilen paketlərə yox deyək təbiəti birgə qoruyaq” şüarını səsləndiriblər.
QHT nümayəndələri vətəndaşları polietilen paketlərin istifadəsini azaltmağa və təbiəti tullantılardan qorumaq üçün ekoloji cəhətdən təbii materiallardan hazırlanan çantaların istifadəsinə üstünlük verməyə çağırıblar.
Kür sahili boyunca flaşmobu izləyən sakinlər aksiyanı maraqla qarşılayıblar.