“Qarabağ”dan ayrılan Rişard Almeydanın yeni klubu açıqlanıb.
DiasporPress.az xəbər verir ki, Azərbaycan millisinin braziliyalı üzvü karyerasını BƏƏ-nin “Baniyas” klubunda davam etdirəcək. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Rişard Almeyda 2018-ci ilin yayında Qazaxıstanın “Astana” klubuna keçsə də, ötən ilin yanvarında Ağdam təmsilçisi onu bir illik icarəyə götürüb.
“Baniyas” BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.