“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsinin icrasına başlayıb.
İB-dən İnterpress.az-a verilən məlumata görə, layihənin məqsədi müxtəlif səbəblərdən unudulan 25 şəhid gəncimiz haqqında, onların ailələri ilə müsahibələrin, foto-reportajların hazırlanması, xatirələrinin əbədi tutulması, həmçinin yeniyetmə və gənclərə Azərbaycançılıq ideologiyasını təbliğ etmək, cəmiyyətdə ayrı-seçkilik, bölücülük fəaliyyətlərinə qarşı ümumi mübarizə ruhunun formalaşmasına kömək etməkdir.
İki ay müddətində icra olunacaq layihə Lənkəran, Astara və Lerik rayonlarını əhatə edəcək.
Bu rayonlara səfər edəcək İB üzvləri şəhidlərin ailələri, yaxınları, müəllimləri ilə görüşüb söhbətlərin aparacaq, reportrajlar hazırlayacaq, şəhid məzarları ziyarət olunacaq, ailələrin problemləri Arayış formasında ayrı-ayrılıqda tərtib olunaraq müvafiq dövlət orqanlarına göndərilməsi üçün donora təqdim ediləcək, yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirilməsi, onlara Vətən müharibəsi qələbəsi haqqında ayrı-ayrı şəhidlərin şərəfli döyüş yolundan nümunələr təqdim olunacaq.
Layihənin icrasında məqsəd həm də azərbaycançılığın milli birliyin təminatında rolunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar mahiyyətinin ictimailəşdirilməsidir.
Qeyd edək ki, “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.