Məzahir Pənahov bəzi namizədlərə xəbərdarlıq etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib.

Məzahir Pənahov bəzi namizədlərə xəbərdarlıq etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib.

DiasporPress.az -ın xəbərinə görə, MSK sədri bildirib ki, deputatlığa namizədlərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir.

“Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir”, – deyə M.Pənahov əlavə edib.

O deyib ki, seçkiqabağı təşviqat zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır:

“Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

 

DiasporPress.az