“Barselona”nın hücumçusu Lionel Messi “Qızıl top” mükafatının nəticələri barədə fikirlərini bölüşüb.
“Canal+” xəbər verir ki, altı dəfə “Qızıl top” mükafatına layiq görülən hücumçu Liverpulun qol silahı Sadio Manenin sıralamada dördüncü yer tutmasına heyfsiləndiyini bildirib.
“Hesab edirəm ki, bu il bir çox möhtəşəm oyunçunun namizədliyi irəli sürülmüşdü. Kiminsə adını çəkmək çətindir… Mən Sadio Maneni seçərdim. O, mənim bəyəndiyim futbolçudur. Mane bütün komanda üçün uğurla nəticələnən inanılmaz mövsüm keçirdi.
DiasporPress.az