“Ölkədə bağlanmış dörd bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatının ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun likvidliyi var”.
DiasporPress.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, 480 milyon manatı qanunamüvafiq olaraq Mərkəzi Bank fonda kredit kimi verəcək:
“Bu məsələ ilə bağlı ADİF, AMB və Maliyyə Nazirliyi arasında danışıqlar gedir”.
E.Rüstəmov əlavə edib ki, vəsaitin 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi planlaşdırılır:
“Bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər”.
DiasporPress.az