Dünya

Meqan Markl Britaniya tabloidinə qarşı iddia qaldırıb

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl özü və atası Tomas Markl haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə Böyük Britaniyanın ən böyük tabloidlərindən olan "Mail on Sunday"yə qarşı iddia qaldırıb.

Meqan Markl Britaniya tabloidinə qarşı iddia qaldırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl özü və atası Tomas Markl haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə Böyük Britaniyanın ən böyük tabloidlərindən olan “Mail on Sunday”yə qarşı iddia qaldırıb.

Bu barədə DiasporPress.az “Sky News”a istinadən xəbər verir.

Sasseks hersoginyası nəşri atasına yazdığı şəxsi məktubdan sözlər və ifadələr çıxartmaqda və onlardan Markla qara yaxmaq üçün istifadə etməkdə ittiham edir.

Meqanın vəkilləri kral ailəsinin üzvlərinin özəl şəraitdəki davranışları, əlaqələri, habelə cütlüyün guya britaniyalı vergi ödəyicilərinin üzərinə yıxılan xərcləri ilə əlaqədar uydurma xəbərləri təkzib etmək niyyətindədirlər.

Bu xəbərlər arasında Marklın mis hamam almaq üçün 5 min funt sterlinq, evdə səs izolyasiyasını yaxşılaşdırmaq üçün isə 500 min funt sterlinq büdcə vəsaiti istifadə etdiyi haqqında məlumatlar da var.

 

DiasporPress.az