Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri tanınmış hüquqşunas Məlahət Qurbanova Türkiyədə yüksək mükafata layiq görülüb.
AKMƏM sədri Məlahət Qurbanova Türk dünyasının siyasi-sosial və mədəni həyatında göstərdiyi fəallığına görə, Beynəlxalq Türksoyla İpəkyolu Dərgisi və İpəkyolu Strateji Tədqiqatlar Mərkəzi tərəfindən 16-cı “Başarı Ödülləri” tədbirində “”Türk Dünyasına Xidmət Ödülü”” ilə təltif edilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı sabiq səfiri olan Hülusi Kılıç, Türkiyənin tanınmış siyasi-ictimai xadimləri, Azərbaycan Milli Məclisinin deputatları, DAK həmsədri Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı iştirak ediblər.