Meksika hərbçiləri təhlükəsizlik qüvvələrinə hücumdan sonra ölkənin qərbindəki Nayarit ştatında “Xalisko – Yeni nəsil” narkokartelinin döyüş qanadının üç üzvünü tutublar.
Bu barədə bazar günü “Noticias MVS” radiostansiyası bildirib.
Hərbçilərin apardığı axtarışların gedişatında saxlanılanlardan RPQ-7 qumbaraatanı, ABŞ istehsalı olan əl qumbaraları, bir neçə pulemyot və iki tüfəng götürülüb. Həbs edilənlərdən biri artıq etiraf edib ki, mütəşəkkil cinayətkar qruplaşmada muzdlu qatil kimi fəaliyyət göstərib.
“Xalisko – Yeni nəsil” narkokarteli özünün mövcudluğu haqqında 2010-cu ildə elan edib. Narkokartel hazırda Meksikanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biridir.
Diasporpress.az