Meksikada quldurlar yük maşınına hücum edərək, oradan 26 milyon dollar məbləğində qızıl oğurlayıblar.
Bu barədə TASS “El Debate”yə istinadən xəbər verir.
Hadisə Sonora ştatında baş verib. Silahlı qrup “Noche Buena” dağ-mədən şirkətinə 47 qızıl külçəni daşıyan SVD şirkətinin yük maşınına hücum edib.
Metalın cari qiymətinə əsasən, oğurlanmış külçələrin dəyəri təxminən 524 milyon peso (26 milyon dollar) idi.
Qarət zamanı avtomobili müşayiət edən mühafizəçilər xəsarət alıb. Quldurlar onları avtomobildən çıxmağa məcbur ediblər, eləcə də tərksilah edərək döyüblər.
DiasporPress.az