Ölkə

Media nümayəndələri hər zaman dövlətimiz tərəfindən diqqətlə əhatə olunmuşdur

Media nümayəndələri hər zaman dövlətimiz tərəfindən diqqətlə əhatə olunmuşdurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Media Qalib Azərbaycanın güzgüsüdür.
Vətən müharibəsi böyük qələbə ilə başa çatdıqdan sonra Azərbaycan ən yeni tarixin,şanlı səhifələrini yaşamağa başladı.
Şanlı Qələbəmizi dünya mediası işıqlandırdı və Azərbaycan Mediasının dünyaya çatdırdığı  dəqiq məlumatlar sayəsində Azərbaycanın haqq işində  qazandığı  qələbə dünya ölkələrinə çatdırılÖlkə Başçısı Cənab Prezident İlham Əliyev  44 günlük Vətən Müharibəsində gecə-gündüz cəbhə xəttində və arxa cəbhədə öz qələmi ilə dəqiq məlumat toplayaraq vuruşan,dünyaya çatdıran media nümayəndələrinə yeni imkanların yaradılması məqsədilə fərman və sərəncamlar imzaladı.
-Ölkə Başçısı tərəfindən  “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisi oldu.
Dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
 “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.
Azərbaycanın daxili və xarici siyasətinin işıqlandırılmasında vicdanlı, qərəzsiz xidmət göstərən media nümayəndələri hər zaman dövlətimiz tərəfindən diqqətlə əhatə olunmuşdur.
Media Azərbaycanın dünyaya açılan pəncərəsidir.Bu səbəddən Media haqqında yeni qanun qəbul edildi və bu qanun layihəsinin konkret istiqamətləri medianın inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər.
Azərbaycanın Qələbəsi,dünyaya yeni açılım etməsi müxtəlif qüvvələri qıcıqlandırır, onların ölkəmizin hər bir sahədə aparılan islahata və inkişafa qarşı neqativ fikirlər formalaşdırmağa çalışan,medianın inkişafına dövlət tərəfindən verilən dəstəyə,yaradılan imkanlara fərqli baxış nümayiş etdirir,daxildə qərəzli fikir formalaşdırmağa çalışırlar.
Yalnız Azərbaycan xalqı və xüsusilə jurnalist peşəsinə vicdanla xidmət edən media nümayəndələri dövlət tərəfindən  göstərilən diqqət və qayğını  yüksək qiymətləndirir və Azərbaycanın Qələbəsini,azad olmuş ərazilərdə aparılan yenidən qurma prosesini dünyaya fəxr və qürurla çatdırmaq peşəkar,vətənpərvər  jurnalistlərin vicdan borcudur.
Qalib Ölkənin mediası bu qalibiyyətə layiq fəaliyyət göstərməli, qalibiyyətimizə,dünyada qazanılan nüfuzumuza kölgə salmağa heç bir qüvvəyə  imkan verməməlidir.
Qarabağ Azərbaycandır!
Biz Birlikdə Güclüyük!