Mbappe Çempionlar Liqasında Messinin rekordunu təzələdi

Fransanın “PSJ” klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında 15 qola imza atmış ən gənc futbolçu olub.

Mbappe Çempionlar Liqasında Messinin rekordunu təzələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “PSJ” klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında 15 qola imza atmış ən gənc futbolçu olub.

Sport24” xəbər verir ki, o bu nəticəyə 20 yaş 306 günündə yiyələnib.

Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın “Brügge” komandası ilə qarşılaşmasında əvəzləməylə meydana çıxan Mbappe matçda 3 qolun müəllifi olub.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub.

Qeyd edək ki, PSJ rəqibini 5:0 hesabı ilə darmadağın edib.

 

DiasporPress.az