“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland Belçika Azerbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Mayisə Ağamirzəyevanın Niderland Parlamentinə Xocalı Soyqırımı ilə bağlı etdiyi müraciət qəbul edilib.
Diasporpress.az xəbər verir ki, Parlamentin Xarici İşlər Kommisiyasına ünvanlanan müraciətdə Xocalı haqqında petisiyanin təqdim olunması haqqında görüş istəyi qeyd olunub.
Ötən gün PVDA partiyasının üzvü və həmçinin komissiyanın sədri xanım Attje Kuiken, komissiya üzvlərindən CDA partiyası üzvü Agnes Mulder ve Denk Partiyasi üzvü Tunahan Kuzu, SP Ve Bijeen partiyası üzvləri də iştirak ediblər.
Xocalı Soyqırımı haqqında petisiyani təqdim etmək üçün görüşün təşəbbüskarı və təşkilatçısı Mayise Agamirzəyeva, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva, Beniluks Azərbaycanlilari Konqresinin Baş məsləhətçisi Lamiyə Babajeva, Niderland Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Frangiz Bagirova, Hollanda Azərbaycan Türk Mədəniyyət mərkəzinin sədri İlhan Askin, diaspor fəallarından Günay Bayramova, Sure Gundogdu və İnci Əlizadə də iştirak ediblər.
Komissiya üzvlərinə Xocalı Soyqırımı haqqında geniş məlumat verilərək bu mövzunun Parlamentin iclasının gündəliyinə salınması xahiş edilib.
Həmçinin Haaqadakı Xocalı Monumenti və o gecədə həlak olanlar haqqında məlumat verilərək Niderland Parlamentinin ədalətinə güvənildiyi bildirilib.
Görüşün sonunda Xocalı haqqında petisiya və faktlardan ibarət kitablar və DVD-lər xanım Kuikenə təqdim olunub.
Komissiya sədri petisiyanın bütün üzvlərə çatdırılacagını bildirərək mövzunun iclaslarında müzakirəyə çıxaralacağını və nəticə haqqında Mayisə Agamirzəyevaya məlumat veriləcəyini bildirib.