“Masters-2019”: İrina Kindzerska finala vəsiqə qazanıb – YENİLƏNİB

Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində 1/4 finala vəsiqə qazanıb.

“Masters-2019”: İrina Kindzerska finala vəsiqə qazanıb – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində finala vəsiqə qazanıb.

DiasporPress.az xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı yarımfinalda Hayun Kimə (Cənubi Koreya) qalib gəlib.

Onun həlledici görüşdə rəqibi Tesso Savelkouls (Hollandiya) olacaq.

10:34

 

 

Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində 1/4 finala vəsiqə qazanıb.

DiasporPress.az xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı Anna-Fatumat Mbairo (Fransa) və Yanan Jianqa (Çin) qalib gələrək 1/4 finala adlayıb.

Üçüncü yarış günündə mübarizə aparan digər 4 yığma üzvü isə medal şansını itirib. Onlardan 3-ü 1/16 finalda uzudub. Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukolja (Serbiya), Elmar Qasımov (Pyotr Palçikə (İsrail), Zelim Kotsoyev (100 kq) isə Arman Adamyana (Rusiya) məğlub olub.

Uşanqi Kokauri (+100) Ruslan Şahbazova (Rusiya) qalib gəlsə də, 1/8 finalda David Mouraya (Braziliya) yenilib.

Qeyd edək ki, Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Hələlik yalnız Rüstəm Orucov (73 kq) bürünc medal qazana bilib.

 

DiasporPress.az