Ölkə

Maşını gömrükdən keçirən şəxsin ürəyi partladı

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Maşını gömrükdən keçirən şəxsin ürəyi partladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

DiasporPress.az xəbər verir ki, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib.

Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs vəfat edib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə laboratoriyanın qarşısında baş verib. Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib.

O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.

 

DiasporPress.az