“Məğlub olmadım. İlk gündən deyirdim ki, Suna fiziki olaraq hamımızdan güclüdür. Çünki deyirdi ki, bir aydır ki, hazırlaşır, yemək yemir, özünə fikir verir”.
DiasporPress.az axşam.az-a istinadla bildirir ki, bu sözləri “Maşın” şouda finala qalıb, mübarizəni yarımçıq dayandıran aparıcı Lalə Mustafayeva deyib.
O, yarışmanın qalibi olan həmkarı Suna Kasımoğlu ilə münasibətini kəsdiyini söyləyib:
“Uduzmamışam. Bu mənim üçün həyat, mübarizə və gələcək üçün böyük dərs oldu. Mən bu Laləni həmişəlik saxlayacağam. Türkan mənimlə münasibəti kəsdi, amma bunu istəməzdim.
Həyatda səbəbsiz heç nə etmirəm. Ona görə yox ki, o, qalib gəldi. Ancaq Suna artıq mənim üçün yoxdur”.
DiasporPress.az