Müsahibə

Maisə Ağamirzəyeva : “Qarabağ Dirçəliş Fondu”na xaricdəki azərbaycanlılar dəstək olacaq

Maisə Ağamirzəyeva : “Qarabağ Dirçəliş Fondu”na xaricdəki azərbaycanlılar dəstək olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb və ötən gün Fondun Müşahidə Şurasının ilk iclası keçirilib.

Fondun yaradılmasında məqsəd işğaldan azad edilmiş bölgələrdə abadlıq-quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsinə dəstək verməkdir.

Maraqlıdır, xaricdə yaşayan azərbaycanlılar, diaspor fəalları bu işə necə dəstək verəcəklər?

Niderland və Belçikadakı yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva deyir ki, yeni yaradılan Fonda xaricdəki azərbaycanlılardan dəstək olacaq.

“Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını biz də alqışlayırıq. Bu, çox müsbət haldır. Fondun tərkibi də fərqli sahələrdə çalışan insanlarla zəngindir. Əminəm ki, xaricdə yaşayan imkanlı azərbaycanlılar bu Fonda mütləq dəstək olacaqlar. Çünki biz pandemiya və Vətən müharibəsi zamanı bir olduq, birgə olduq, birlik nümayiş etdirdik. İnsanlarımız könüllü olaraq dəstək oldular. Bu ənənə “Qarabağ Dirçəliş Fondu” üçün də davam edəcək. Biz Vətən müharibəsində xaricdə yaşayan neçə-neçə azərbaycanlının döyüşmək üçün Azərbaycana getmək istəməsinin şahidi olduq. Diaspor sahəsində çalışan insanlar olaraq hər zamankı kimi dövlətimizin yanındayıq. Ümid edirik ki, xaricdə yaşayan imkanlı şəxslər bu Fonda qatqıda bulunacaqlar”.