Premyer Liqanın VII turunda “Qarabağ”ın “Sabah”ı 2:0 hesabı ilə məğlub etdiyi oyundan zədələnən Mahir Emrelinin hansı müddətə sıradan çıxdığı məlum olub.
DiasporPress.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən 22 yaşlı hücumçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Emreli Azərbaycan millisinin oktybarın 9-da Bəhreynlə yoldaşlıq, 3 gün sonra isə Macarıstanla AVRO-2020-nin seçmə qrup oyunu üçün nəzərdə tutulan heyətindən çıxarılıb. Onu “Neftçi”nin futbolçusu Namik Ələsgərov əvəzləyib.
DiasporPress.az