Diaspor

“Madaniyat va Marifat” telekanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıb

“Madaniyat va Marifat” telekanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə cari ilin 26 avqust tarixində bu ölkənin “Madaniyat va Marifat” telekanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıb.

Dili, dini, mədəniyyəti, adət və ənənələri bir-birinə yaxın olan xalqlarımızın tarixi dostluğu, Türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistanın ortaq dəyərləri verilişdə geniş işıqlandırılır.
Ekran əsərində hər iki ölkənin tanınmış şəxsiyyətləri, alimləri tariximizə, ədəbiyyatımıza nəzər salınır, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi şəxsiyyətlərin ədəbi əlaqələrimizin inkişafında xidmətlərindən söhbət açılır.
Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mərkəzin direktoru Gülbahar Aşurova Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması, Özbəkistanda da prezident Şavkat Mirziyoyevin Sərəncamı ilə böyük Özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında məlumat verərək bu iki şəxsiyyətin dostluq və ədəbi əlaqələrimizin başlanğıcında xidmətlərindən bəhs edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında dostluq və dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışıb. O, həm orta əsrlərdə, həm də XX əsrdə mədəni-ədəbi əlaqələr, Sovet dövründə ölkələrimizdə keçirilən ədəbiyyat-sənət dekadaları, mədəniyyət günləri, müstəqillik illərində bu istiqamətdə görülən işlər, dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlıq əlaqələrinin daha da inkişafı barədə məlumat verib.
Ekran əsərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova Özbəkistanla ədəbi əlaqələr və bu istiqamətdə görülən işlər haqında söhbət açıb.
Verilişdə Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetində yaradılmış M.Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyəti geniş işıqlandırılır. Mərkəzdə Azərbaycan və Özbəkistan ədəbiyyatı, ortaq dəyərlərimizə dair keçirilən tədbirlər və layihələr barədə məlumatlar öz əksini tapır.
Özbəkistanın tanınmış ədəbiyyatşünas alimləri Mamatqul Hazratqulov, İslom Yoqubov, Abdulla Uluqov, Azərbaycan alimləri Paşa Kərimov, Akif Azalp, Ümid Mirzəyev və s. ədəbiyyat nümayəndələrinin müsahibələri verilişdə yer alıb.