Lüksemburqun İdman naziri Qarabağın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib.
O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçını tapıb cəzalandıracaqlarını bildirib.
Xatırladaq ki, Avropa Liqasının “F91 Düdelanj” – “Qarabağ” oyunu yarımçıq dayandırılıb.
DiasporPress.az xəbər verir ki, 30-cu dəqiqədə “Qarabağ” hesabı 2:0 etdikdən sonra qondarma Dağlıq Qarabağın bayrağı stadiona dronla qaldırılıb.
Başda “Qarabağ”ın kapitanı Rəşad Sadıqov və Qara Qarayev olmaqla Ağdam komandası bu hərəkətə etiraz edib.
Nəticədə görüşün baş hakimi futbolçuları soyunub geyinmə otağına yollayıb. Hazırda matç təxirə salınıb.
Bu hərəkətə görə Lüksemburq klubunun UEFA tərəfindən cəzalandırılacağı dəqiqdir.