Kikboksinq üzrə dünya çempionu olan Ramal Aslanova daha bir yarışdan təklif gəlib.
Oxu.Az-a bu barədə məlumatı Ramal “Lord” Aslanovun şəxsi məşqçisi Hakim Hacıyev xəbər verib.
Onun sözlərinə görə, kikboksinqin WAKO versiyası üzrə 75 kq-da çempion olması onun dünya ictimaiyyətinin diqqət mərkəzinə düşməsinə səbəb olub:
“Bildiyiniz kimi, ötən ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinq üzrə dünya çempionatında tələbəm Ramal Aslanov ilk dəfə qızıl medal qazandı. Bu üzdən də WAKO-dan ona daha bir təklif gəlib. Rusiyanın Çelyabinsk şəhərində may ayında dünya kəməri uğrunda döyüş gecəsi təşkil olunacaq.
Ramal 75 kq çəki dərəcəsində çempion olsa da, daha çox əvvəllər 71 kq-da çıxış etdiyindən, bu çəkinin ən güclüsünü müəyyənləşdirməyə çalışacaq. Onun rəqibi hələ ki bilinmir. Böyk ehtimalla, onun rəqibinin adına Yeni ildən sonra aydınlıq gələcək”.
DiasporPress.az