Dünya

Londonda Zəfər Günü tədbiri

Londonda Zəfər Günü tədbiribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev xalqımızı, dünya azərbaycanlılarını və Türk Dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib. Bu tarixi hadisəni xalqımıza yaşatdıqları üçün Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlığını bildirib.

 

Tədbir Böyük Britaniyada yaşayan sənətçilərin konsert proqramı ilə davam edib. Konsertdə müğənnilər Emilya Yaqubova, Gülşən İbadova, İnam Məmmədov, musiqiçilər – “Odlar Yurdu” ansamblının rəhbəri Rasim Fərziyev (violin) və Ülkər Məmmədova (kamança) Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər.