“Liverpul”un yerinə Liqa Kubokunda “Arsenal” çıxış edə bilər

“Liverpul”un baş məşqçisi Yürqen Klop İngiltərə Liqa kubokunda 1/4 final matçlarının vaxtının dəyişdirilməyini istəyir.

“Liverpul”un yerinə Liqa Kubokunda “Arsenal” çıxış edə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un baş məşqçisi Yürqen Klop İngiltərə Liqa kubokunda 1/4 final matçlarının vaxtının dəyişdirilməyini istəyir.

DiasporPress.az xəbər verir ki, bu barədə o, “Arsenal”a penaltilər seriyasında qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis bildirib ki, dekabrın 18-də Qətərdə klublararası dünya çempionatında oyuna çıxacaqları üçün kubokun görüşünün vaxtı dəyişdirilməlidir. Çünki “Liverpul” bundan bir gün öncə Liqa Kubokunun 1/4 finalında “Aston Vila”nın qonağı olmalıdır. Klop təqvim dəyişdirilməyəcəyi təqdirdə oynaya bilməyəcəklərini vurğulayıb:

“Bu problemin qurbanı biz olmayacağıq. FIFA bizim üçün klublararası dünya çempionatının oynanılacağı tarixi və yeri seçib. Premyer Liqada da matç oynamağımızı istəyirlər. İndi nə edəcəyik?

Bir komandanın bütün turnirlərdə oynamasının qarşısını alacaq təqvim hazırlayırsınızsa, bunu dəyişmək məcburiyyətindəsiniz. “Arsenal”la görüşdə qələbə qazanmaq istəyirdik və buna nail olduq. Ancaq vaxt dəyişməsə, ya rəqibimiz (“Aston Vila”) növbəti mərhələyə yüksələcək, ya da “Arsenal” bizim yerimizə onlarla oynayar”.

Həmçinin, bu komanda dünya çempionatında finala çıxacağı halda dekabrın 21-də “Vest Hem”lə matçı da buraxmalı olacaq.

Qeyd edək ki, “Liverpul” dünən “Arsenal”la görüşün 90+4-cü dəqiqəsində hesabı 5:5 edib. Penaltilər seriyasında isə “Liverpul” 5:4 hesabı ilə qalib gəlib.

 

DiasporPress.az