Lerik rayonun iki ucqar kəndinə təbii qazın verilməsi təmin olunub.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Lerik rayonunun Sipyəreqon kəndində 48, Kıncıvo kəndində isə 37 fərdi yaşayış evinə qaz açılışı icra olunub.
Bu yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7800 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, eləcə də, paylayıcı qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyi ilin sonunadək bütün qazlaşma işlərini yekunlaşdırmağı planlaşdırır.
Hazırda cəmi bir yaşayış məntəqəsində işlər davam etdirilir. İki yaşayış məntəqəsi və üç yaşayış massivində isə qazlaşma tamamlanıb, qaz açılışına dair son prosedurlar icra olunur.
Diasporpress.az