“Real” TV-nin əməkdaşı Ləman Ələşrəfqızının 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
DiasporPress.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb:
“Dostlar, çətin bir yola çıxmışam, bilirəm. Amma sona qədər gedəcəm. İnşallah, qismətimdə varsa, hər şey yaxşı olacaq. İstəyən dostların duaları, sevimli yerlilərimin dəstəyi , Allahın köməkliyi ilə bu missiyanın öhdəsindən gəlməyə çalışacam. Təbrik etmək istəyənlər etsin, etməyənlərin canı sağ olsun”.