Lavrov: Bu il Azərbaycanla ticarət dövriyyəsinin üç milyard dollar olacağı gözlənilir

Bu il Azərbaycanla ticarət dövriyyəsinin üç milyard dollar olacağı gözlənilir. Bu da ötən illə müqayisədə,15 faiz artım deməkdir.

Lavrov: Bu il Azərbaycanla ticarət dövriyyəsinin üç milyard dollar olacağı gözlənilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycanla ticarət dövriyyəsinin üç milyard dollar olacağı gözlənilir. Bu da ötən illə müqayisədə,15 faiz artım deməkdir.

DiasporPress.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşündən sonra tərəflərin keçirdiyi mətbuat konfransında S.Lavrov bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk yarısında Rusiyada Azərbaycan günləri keçiriləcək.

“Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri zamanı qərara alındı ki, hökumətlərarası komissiyanın beş sektor üzrə işçi qrupu ilə yanaşı, altıncı qrup yaradılsın. Bu, yeni texnologiyalara həsr olunub. Düşünürük ki, bu komissiyanın fəaliyyəti əməkdaşlığın mahiyyətini vurğulayır”.

S.Lavrov qeyd edib ki, E.Məmmədyarovla bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib:

“Biz Xəzər dənizinə dair vəziyyəti də müzakirə etdik”.

 

DiasporPress.az